Təhsil Nazirliyindən buraxılış imtahanlarının nəticələrinə dair <span style="color:red;">CAVAB
05 iyun 2015 15:34 (UTC +04:00)

Təhsil Nazirliyindən buraxılış imtahanlarının nəticələrinə dair CAVAB

 

Təhsil Nazirliyi iyunun 2-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Bakıda XI və IX siniflər üçün keçirdiyi buraxılış imtahanlarının nəticələrinə münasibət bildirib. Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna verilən cavaba görə, TN buraxılış imtahanlarının nəticələrin  şərhi üçün prosesin tam olaraq yekunlaşmasını gözləməyi düzgün hesab edir: “Mediada təqdim olunmuş məlumatlar sistemli olmadığından və daha çox populist  xarakter daşıdığından bu məlumat əsasında məsələyə münasibət bildirmək doğru deyil”.

 

Professor Şahlar Əsgərov da TQDK-nın buraxılış imtahanlarının nəticələri ilə bağlı şərh verib:  

“IX sinif üzrə ana dili fənindən 86,5 faiz, riyaziyyatdan isə 86 faizə yaxın, XI sinif üzrə  ana dili fənindən 91,2 faiz, riyaziyyat fənindən 92,5 faiz , ingilis dili fənindən 93,5 faiz məzun müvəffəq  qiymət alıb.

 

Buraxılış imtahanlarının nəticələrinin  neqativ fonda göstərilməsi doğru deyil və reallığı əks etdirmir. Birincisi, həmin nəticələrdə göstərilən 2 və 3 qiymətlərinin faiz göstəricilərinin birlikdə götürülməsinin heç bir elmi əsası yoxdur. 3 alan şagirdlər kafi  bilik səviyyəsinə malikdirlər və bu məzunların uğursuz olmalarını iddia etmək doğru deyil. İkincisi, dünyanın bir çox təhsil sistemlərində də şagirdlərin 10-30 faizi orta təhsil səviyyəsini bitirə bilmir. Sevindirici haldır ki, mən statistika ilə tanış olduqda gördüm ki, Bakı şəhərində  tam orta təhsil səviyyəsini ana dili  fənni üzrə  hər 5 şagirddən biri, riyaziyyat fənnindən hər 4 şagirddən biri, ingilis dili fənni üzrə hər 3 şagirddən biri əla qiymətlərlə bitirib. Sadəcə olaraq, faktı və rəqəmi necə çatdırmaqdan çox şey asılıdır və  uzun illər ərzində mediada imtahan nəticələrinin neqativ fonda  tirajlanması siyasəti  məzunların müsbət göstəricilərinə kölgə salır.

Təhsilin keyfiyyəti haqqında ictimaiyyəti tam və düzgün məlumatlandırmaq üçün TQDK  tərəfindən keçirilən imtahanların sualları, şagirdlərin bu suallara verdiyi cavablarla bağlı statistika, nəticələrə təsir edən müxtəlif amillər haqqında məlumat təqdim edilmir. Bu halda təhsilin keyfiyyəti haqqında ictimaiyyətdə elmi əsası olmayan pessimist təəssürat formalaşır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 94
avatar

Oxşar yazılar