Təhsil Nazirliyi Şabran, Xaçmaz, Quba, Qusar, Xızı və Siyəzən rayon sakinlərinə müraciət edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, yanvarın 10-da təhsil naziri Mikayıl Cabbarov Şabran şəhərində Şabran, Xaçmaz, Quba, Qusar, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya “Elektron müraciət” bölməsi (http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts) vasitəsilə qeydiyyatdan keçə bilərlər.