[b]Təhsil nazirliyində iclas keçirildi - <span style="color:red;">162 saylı məktəblə bağlı [/b]
10 aprel 2019 16:16 (UTC +04:00)

[b]Təhsil nazirliyində iclas keçirildi - 162 saylı məktəblə bağlı[/b]

Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə 4 aprel  tarixində baş vermiş məlum hadisənin təfərrüatlarının araşdırılması məqsədilə yaradılmış xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi Aparatının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, iclasda komissiya üzvlərinin məlumatları dinlənilib və xidməti araşdırmanın nəticələri qərar qəbul edilmək üçün təhsil nazirinə təqdim edilib.

Qeyd edək ki, aprelin 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində 162 nömrəli tam orta məktəbdə baş verən hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılıb, aprelin 6-da Bakı şəhəri Səbail rayon prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1095
avatar

Aygün İbrahimli

Oxşar yazılar