"Dərsliklərin çatdırılmasında ləngimələr var"
“Orta məktəblərdə dərslik çatışmazlığı problemi yoxdur”. Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.
Nazirlikdən verilən məlumatda o da qeyd olunur ki, bəzi məktəblərin, xüsusilə I sinif şagirdlərinin sayı ilə bağlı verdiyi proqnozlardakı uyğunsuzluqlarla və 6 yaşı dekabrın sonunadək tamam olacaq xüsusi istedadlı uşaqların I sinfə qəbulu ilə əlaqədar, yuxarı siniflərdə isə yerdəyişmə və digər səbəblərdən dərsliklərin çatdırılmasında ləngimələr var və bunu nəzərə almaq lazımdır. Bu məsələ az müddətdə həllini tapacaq və nazirliyin nəzarətindədir.
Nazirliyin sifarişi hesabına çap olunan dərsliklər məktəblərə verilir və kodlaşdırılır.
Qeyd edək ki, orta məktəblərdə dərslər sentyabrın 15-dən başlamasına baxmayaraq, hələ də paytaxtın bəzi məktəblərində dərsliklər çatışmır. Valideynlər orta məktəb dərsliklərini satışdan almaq məcburiyyətində qalırlar.