Xarici dövlətlərin ali təhsil haqqında sənədlərinə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın tələblərinə uyğun və ekspert qrupunun rəyləri əsasında baxılır. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.
Bu zaman bakalavr və magistr pillələri üzrə təqdim olunan diplomların ixtisasları tanınır və ekvivalentliliyi müəyyənləşdirilir.
Nazirlikdən onu da bildiriblər ki, Nazirlər Kabinetinin qərarına əsasən, orta və tam orta məktəb, lisey və gimnaziyalara bir psixoloq ştatı verilir.
2012-2013-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, işə qəbul olunduqdan sonra imtina olunmuş vakant yerlərdən əksəriyyəti Ağsu, İmişli, Gədəbəy, Quba, Lerik və Yardımlı rayonlarının payına düşür.