Təhsil Nazirliyi: “Uşaqların bağçalara cəlbi 14,8 faiz təşkil edir”
26 dekabr 2013 15:33 (UTC +04:00)

Təhsil Nazirliyi: “Uşaqların bağçalara cəlbi 14,8 faiz təşkil edir”

Hazırda respublikada 1677 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisələrindən 1637-si dövlət, 40 müəssisə isə özəldir. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumatda o da qeyd olunur ki, həmin məktəblərin 387-si Bakıda fəaliyyət göstərir: “Mövcud məktəbəqədər təhsil müəssisələrində 111090 uşaq tərbiyə alır və uşaqların məktəbəqədər təhsilə cəlbi 14,8 faiz təşkil edir”.

 

Nazirlikdən həmçinin “məktəbəqədər təhsil müəssisələrində qrupların yaradılması və fəaliyyəti ilə bağlı standartlar varmı” sualına da aydınlıq gətirilib: “Nazirlər Kabinetinin 2012-ci il 03 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” mövcuddur”.

 

Təhsil Nazirliyindən verilən açıqlamada o da qeyd olunur ki, məktəbəqədər təhsil müəssisələrində uşaqların yaş səviyyəsinə uyğun olaraq qruplar aşağıdakı kimi komplektləşdirilir:

 

1-2 yaş   -15 uşaq

2-3 yaş   -15 uşaq

3-4 yaş   -20 uşaq

4-5 yaş   -20 uşaq

5-6 yaş   -20 uşaq

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491

Oxşar yazılar

Evi yoxdur, amma adına 1000 manata  yaxın su borcu var

Evi yoxdur, amma adına 1000 manata yaxın su borcu var

12 avqust 2025 , 14:07
125 min uşaq  birinci sinfə gedəcək

125 min uşaq birinci sinfə gedəcək

12 avqust 2025 , 13:49
2300-dən çox müəllim sertifikasiyadan keçə bilmədi

2300-dən çox müəllim sertifikasiyadan keçə bilmədi

12 avqust 2025 , 13:46
Sabiq prokuror vəfat etdi

Sabiq prokuror vəfat etdi

12 avqust 2025 , 13:14
Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI

Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI

12 avqust 2025 , 12:39
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

12 avqust 2025 , 12:25
Ağcaqanadlarla yayılan virus Azərbaycana gəlib? - RƏSMİ

Ağcaqanadlarla yayılan virus Azərbaycana gəlib? - RƏSMİ

12 avqust 2025 , 11:22
Azərbaycanın əksər yerlərində yağış yağıb - GÜNÜN HAVASI

Azərbaycanın əksər yerlərində yağış yağıb - GÜNÜN HAVASI

12 avqust 2025 , 09:48