“Təhsil Nazirliyinin nümayəndələri hazırda 7 saylı xüsusi internat məktəbinə ezam olunublar” . Bunu Lent.az-a açıqlamasında nazirliyin sektor müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, hazırda məsələ ilə bağlı nazirlik tərəfindən araşdırma aparılır: “Araşdırma yekunlaşdıqdan sonra bununla bağlı əlavə məlumat veriləcək”.
Qeyd edək ki, Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində 7 yaşlı uşaq vəhşicəsinə döyülüb.
Lent.az-ın bizimyol.info-ya istinadən verdiyi məlumata görə, bir neçə gün öncə 7 yaşlı Mahir orada çalışan müəllimələrin biri tərəfindən dubinka ilə döyülüb. O, ağır zədə alıb. Uşağın döyülməsinin səbəbinə gəlincə, mənbə bildirir ki, buna səbəb onun nadinc olmasıdır. Mahirin Gülya adlı müəllimə tərəfindən döyüldüyü bildirilir.