Təhsil Nazirliyi 194 nömrəli məktəbə mediatur təşkil edib
30 mart 2015 15:07 (UTC +04:00)

Təhsil Nazirliyi 194 nömrəli məktəbə mediatur təşkil edib

 

Təhsil Nazirliyi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində Bakı şəhərində 194 nömrəli tam orta məktəbə mediatur təşkil edib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 20-dək KİV nümayəndəsinin iştirak etdiyi tədbirə qeyri-hökumət təşkilatlarının rəhbərləri və hərbi ekspertlər qatılıb.

 

 

Mediaturun təşkilində əsas məqsəd KİV təmsilçilərinin ümumtəhsil məktəblərində şagirdlərin ilkin hərbi hazırlıq səviyyəsini yüksəltmək üçün yaradılan imkanlarla tanışlığına şərait yaratmaq, kompüter texnologiyalarına əsaslanan təlim silahlarını nümayiş etdirmək, məktəblilərin vətənpərvər ruhda təlim-tərbiyə metodlarının təbliğinə dəstək verməkdən ibarətdir.

 

 

Qeyd edək ki, ümumtəhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə kabinetin (hərbi kabinetin) müasir avadanlıqlarla təminatı üçün Təhsil Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyinin Kosmik Cihazqayırma Təcrübi Zavodu arasında müqavilə bağlanıb. Müqaviləyə uyğun olaraq, 50 pilot məktəbin hərbi kabinetləri müasir standartlara cavab verən, təlim üçün nəzərdə tutulmuş hərbi avadanlıqlar, ləvazimatlar və xüsusi proqram təminatı ilə təchiz olunub.

 

 

Mediatur çərçivəsində KİV təmsilçiləri məktəbdə yeni təlim avadanlıqları ilə təmin olunmuş hərbi kabinetə baxıb və gənclərin çağırışaqədərki hərbi hazırlığı dərsində iştirak ediblər. Jurnalistlər şagirdlərin silahları söküb yığması, tank əleyhinə minaları zərərsizləşdirməsi, əleyhqazlardan istifadə bacarıqlarını və stimulyativ silahlardan hədəfin nişan alınması prosesini izləyiblər.

 

 

Mediaturda iştirak edən hərbi araşdırmaçı Şəmistan Nəzirli, "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli şagirdlərin hərbi hazırlığı üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər. Müasir texnologiyalara əsaslanan təlim metodları gələcək əsgərlərin hazırlıq səviyyəsini artırmaqla yanaşı, onların vətənpərvərlik ruhda böyüməsinə də müsbət təsir edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188

Oxşar yazılar

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

5 may 2025 , 17:47
Arzu olunan bədən forması üçün 7 QAYDA

Arzu olunan bədən forması üçün 7 QAYDA

5 may 2025 , 17:19
Küləklə bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

5 may 2025 , 16:47
Maqnit qasırğaları hücum edir:  O qədər güclü olacaq ki...

Maqnit qasırğaları hücum edir: O qədər güclü olacaq ki...

5 may 2025 , 15:27
Bakıya leysan yağacaq  - XƏBƏRDARLIQ

Bakıya leysan yağacaq - XƏBƏRDARLIQ

5 may 2025 , 14:59
Azərbaycanda ixtisasdəyişmənin ƏN ASAN YOLU  – Stressə girməyəcəksiniz

Azərbaycanda ixtisasdəyişmənin ƏN ASAN YOLU – Stressə girməyəcəksiniz

5 may 2025 , 14:39
Leysan, dolu, sulu qar  - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

5 may 2025 , 13:01
Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI

Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI

5 may 2025 , 11:00