Təhsil naziri vətəndaşların qəbulu qaydalarının təsdiq edilməsi barədə əmr imzalayıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Nazirin imzaladığı əmrə əsasən, "Təhsil Nazirliyində, onun strukturuna daxil olan və tabeliyindəki qurumlarda vətəndaşların qəbulu qaydaları", "Təhsil Nazirliyində rəhbər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulu qrafiki" təsdiq edilib. Əmr "Azərbaycan müəllimi" qəzetində dərc olunacaq.