Təhsil nazirindən ali məktəblərlə bağlı xəbər
14 dekabr 2013 11:01 (UTC +04:00)

Təhsil nazirindən ali məktəblərlə bağlı xəbər

“Gələn ildən başlayaraq ali təhsil müəssisələrində “Sabah” şərti adı altında qrupların təşkil olunması üçün seçimlər aparılacaq”. Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Müəllimlərinin XIV Qurultayında təhsil naziri Mikayıl Cabbarov bildirib. Nazir onu da bildirib ki, “Sabah” şərti qrupları təhsildə fərqlənən tələbələrdən təşkil olunacaq: “Məqsəd bu tələbələr üçün daha əlverişli şərait yaratmaqdan ibarətdir”. Təhsil naziri istedadlı gənclərin Azərbaycanın sabahı, elitası olacağını qeyd edib və bu gənclərin diqqət mərkəzində saxlanılmasını zəruri sayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1579

Oxşar yazılar