Təhsil Nazirliyinin rəhbərliyində yeni təyinat olub. Lent.az-ın məlumatına görə, nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov nazirin müşaviri təyin olunub. A. İbrahimov facebook sosial şəbəkəsindəki şəxsi səhifəsində də bu barədə qeyd edib.
Hazırda nazirin 3 müşaviri var. Qeyd edək ki, A. İbrahimov bu təyinatı APA-ya açıqlamasında təsdiq edib.