Nazir Biləsuvarda yeni məktəb binasının açılışını edib
14 sentyabr 2019 14:32 (UTC +04:00)

Nazir Biləsuvarda yeni məktəb binasının açılışını edib

Sentyabrın 14-də Biləsuvar şəhərində Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib.

Təhsil Nazirliyindən Lent.az-a bildirilib ki, açılışda təhsil naziri Ceyhun Bayramov, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, təhsil ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Təhsil naziri son illər ölkəmizdə çoxlu sayda yeni məktəblərin tikildiyini, əsaslı təmir olunduğunu deyib. Nazir qeyd edib ki, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından da böyük əhəmiyyət kəsb edir.

Ceyhun Bayramov yeni məktəbdə yaradılmış şəraitlə tanış olub, müəllimlərlə görüşərək onlarla söhbət aparıb.

Qeyd edək ki, yeni istifadəyə verilən 1176 şagird yerlik məktəb binasında 2 fizika, 2 kimya, 2 biologiya laboratoriyaları, 1 məktəbəqədər, 1 hərbi hazırlıq, 1  linqafon otağı və 48 sinif otaqları, əmək otaqları, kitabxana və oxu zalı, informatika otağı, 80 yerlik yeməkxana, akt zalı, idman zalı inşa edilib. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1006
avatar

Aygün İbrahimli

Oxşar yazılar