Təhsil naziri: “Hər bir sənəd saxtalaşdırıla bilər”
13 fevral 2014 11:52 (UTC +04:00)

Təhsil naziri: “Hər bir sənəd saxtalaşdırıla bilər”

“Saxta diplomlarla bağlı Təhsil Nazirliyinin mövqeyi qəti və birmənalıdır. Bu hal təhsil sistemində baş verməməlidir”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib. Nazirin sözlərinə görə, burada 2 müxtəlif məsələ var: “Bir məsələ odur ki, hər bir sənəd saxtalaşdırıla bilər. Bu müvafiq cinayət qanunvericiliyi ilə tənzimlənən məsələdir. Ona görə də belə hallara tamamilə fərqli prizmadan baxılır və baxılmalıdır. Onlar aşkarlanarkən məlum olur ki, hansısa qanuni sənədin saxta sürəti çıxarılır və ya saxta sənəd qanuni sənəd kimi təqdim olunur. Təhsil Nazirliyi saxta diplom dedikdə biz məhz bu kateqoriyanı nəzərdə tutur”.

Nazir vurğulayıb ki, ona görə də hər bir dövlət orqanı kimi belə hallarla rastlaşarkən istər işəgötürən, istərsə də təhsil məsələlərini tənzimləyən qurum kimi həmin məlumatları indiyə kimi hüquq mühafizə orqanlarına göndərmişik və bu gələcəkdə də davam etdiriləcək.

”İkinci məsələ isə qanuni diplomların qanun pozuntuları ilə verilməsidir. Diplom özü-özlüyündə sənəd olaraq qanunidir, dövlət tərəfindən hazırlanıb verilir. Lakin onun verilməsində qanun pozuntuları baş verir. Bu birbaşa olaraq təhsil sistemində baş verən proseslərlə bağlıdır. Hər iki təhsil pozuntularına qarşı Təhsil Nazirliyinin mövqeyi birmənalıdır. Biz bu işləri gələcəkdə də davam etdirəcəyik. Pozuntular aşkar olunduğu təqdirdə dövlət orqanları və Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlər görüləcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 936

Oxşar yazılar