Təhsil naziri 20 Yanvar faciəsi ilə bağlı ƏMR verdi
07 yanvar 2014 10:55 (UTC +04:00)

Təhsil naziri 20 Yanvar faciəsi ilə bağlı ƏMR verdi

Təhsil naziri Mikayıl Cabbarov 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün qeyd edilməsi barədə əmr imzalayıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Əmrə əsasən, 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilib. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, ilk peşə ixtisas, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tədbirlər planına müvafiq olaraq tabeliklərindəki təhsil müəssisələrində 10-18 yanvar tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər müəyyənləşdirib həyata keçirmək tapşırılıb.

Adıçəkilən təşkilatlar əmrin icrası ilə bağlı görülmüş işlər barədə yanvarın 25-dək nazirliyə hesabat təqdim etməlidirlər.

 

İnformasiya şöbəsinə əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, əmr və tədbirlər planının çoxaldılıb yerlərə göndərilməsini və  nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etmək tapşırılıb. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2044

Oxşar yazılar