Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1 647 906-a çatıb. Bu barədə Lent.az-a Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib. Bunun 19 830-u qeyri-əhali abonentidir.
İndiyədək təbii qazla təmin olunmuş 1 579 085 əhali abonentindən əlavə, 2013-cü ilin sentyabr-dekabr aylarında çoxmərtəbəli və yüksək mərtəbəli yaşayış binalarında, həmçinin fərdi qaydada qazlaşmış mənzillərdə 48 991 əhali abonenti qeydiyyata alınıb.
Ümumilikdə, bu ilin yanvarın 1-nə mövcud olan 1 628 076 əhali abonentindən 167 536-sı ötən il qeydiyyata alınmış yeni abonentdir ki, bunun da 57 708-i Bakı, Abşeron və Sumqayıt, 109 828-i isə digər regionların payına düşür. Təkcə ötən ilin dekabr ayı ərzində 22 294 yeni abonent qeydiyyata alınıb. Bunun 10 279-u Bakı, Abşeron və Sumqayıt, 12 015-i isə digər regionlara aiddir. Yeni əhali abonentlərinin sayının artmasında ötən il qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş 217 yaşayış məntəqəsi də mühüm paya malikdir.
Ümumiyyətlə, abonentlərin 701 645-i Bakı şəhəri (691 448 əhali, 10 197 qeyri-əhali abonenti), 946 261-i isə digər regionların (936 628 əhali, 9 633 qeyri-əhali abonenti) payına düşür.