Təbii fəlakətlə əlaqədar Gəncədə qaz təchizatı dayandırıldı
11 iyun 2014 11:30 (UTC +04:00)

Təbii fəlakətlə əlaqədar Gəncədə qaz təchizatı dayandırıldı

0

Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz”-dan Lent.az-a verilən xəbərə görə, təmir işləri ilə bağlı bu gün saat 13.00-dək Nərimanov, saat 13.00-dan 15.00-dək Quba, saat 16.00-dan 18.00-dək Goranboy rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

 

720 mm-lik “Yevlax-Naxçıvan” magistral qaz kəmərində təmir-bərpa işləri ilə əlaqədar saat 18.00-dək Tərtər, Ağdam, Bərdə, Yevlax, Sabunçu, Ağstafa, Abşeron və Göyçay rayonlarının bir hissəsinə də təbii qazın verilməsində məhdudiyyətlər olacaq.

 

Pirallahı-Qala magistral avtomobil yolunun genişləndirilməsi ilə bağlı tikinti sahəsinə düşən qaz kəmərinin yerinin dəyişdirilməsi ilə əlaqədar Xəzər rayonunun bir hissəsinə, həmçinin 1220 mm-lik “Astara-Qazıməmməd” magistral qaz kəmərində təmir-bərpa işləri əlaqədar bu gündən iyunun 13-dək Cəlilabad və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilişində də fasilə yaranacaq.
 

Gəncədə baş vermiş güclü külək və leysan yağışı ilə əlaqədar texniki təhlükəsizlik tədbirlərini nəzərə alaraq, dünən gecə saat 00.00-dan işlər başa çatanadək abonentləri təbii qazla təmin edən qaz kəmərlərində qaz təchizatı dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 779

Oxşar yazılar