<span style="color:red;">Təhsil naziri:  "Müdafiə Nazirliyi ilə birlikdə..."
20 noyabr 2014 16:05 (UTC +04:00)

Təhsil naziri: "Müdafiə Nazirliyi ilə birlikdə..."

“Təhsil sektorunda 151 min müəllim fəaliyyət göstərir. Yeni müəllimlərin bu peşəyə gətirilməsi üçün bir sıra həvəsləndirici layihələr həyata keçirilir”. Lent.az-ın məlumatına görə, bu fikiri təhsil naziri Mikayıl Cabbarov Milli Məclisdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, son illər qəbul göstəricilərində müəllimlik ixtisasına daxil olanların qəbul ballarının artırılması müəllim nüfuzunun qaldırılması yönündə öz müsbət nəticələrini verməkdədir. “Biz eyni zamanda Müdafiə Nazirliyi ilə birlikdə işlər həyata keçiririk. Sərhədyanı bölgələrdə əsgərlərlə görüşlər həyata keçiririk. Müdafiə Sənayesi Nazirliyi ilə birlikdə həyata keçirdiyimiz işlərin böyük əhəmiyyəti var”.

 

Nazir vurğulayıb ki, Təhsil Nazirliyi məhz Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi vasitələrlə fənn kabinetlərini təmin etməyə çalışır. “Daha 50 məktəbdə hərbi hazırlıq kabineti həmin vasitələrlə təmin olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 855

Oxşar yazılar