Tarix və İstiqlal muzeylərində 20 Yanvarla bağlı sərgilər açılacaq
14 yanvar 2014 23:37 (UTC +04:00)

Tarix və İstiqlal muzeylərində 20 Yanvarla bağlı sərgilər açılacaq

Yanvarın 16-da Milli Tarix Muzeyində “20 Yanvar - hüzn və qürur günü” adlı sərginin açılış mərasimi keçiriləcək. Muzeydən APA-ya verilən məlumata görə, sərgidə 20 Yanvar şəhidlərinə məxsus olan əşyalar, həmçinin sənədlər nümayiş olunacaq, “20 Yanvar gecəsi”, “Müstəqilliyimiz əbədidir və dönməzdir” installyasiyaları, eləcə də müxtəlif illərdə Muzeyə hədiyyə olunan “20 Yanvar” xalçası və “20 Yanvar” rəsm əsəri təqdim olunacaq.

 

Sərgisi martın 1-dək davam edəcək.

 

20 Yanvar faciəsi ilə bağlı digər sərginin açılışı yanvarın 17-də Azərbaycan İstiqlal Muzeyində keçiriləcək. Muzeydən APA-ya bildiriblər ki, “24 il əvvəl... 24 il sonra” adlı tədbir-sərgidə Tofiq İsmayılov adına Təsviri və Tətbiqi sənət salonunun və Respublika Gənc Turizm və Diyarşünaslıq mərkəzinin şagirdlərinin 50 ədəd rəsm əsərləri nümayiş olunacaq.

        

Tədbirdə Milliyyətçi Gənclər Təşkilatı və Respublika Gənc Turizm və Diyarşünaslıq mərkəzinin üzvləri tərəfindən hazırlanan və 20 Yanvar faciəsinə həsr olunan ədəbi-musiqi kompozisiya nümayiş olunacaq.

 

Sərgi yanvarın 23-dək davam edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 638
avatar

Oxşar yazılar