Tanınmış jurnalist Cəmaləddin Quliyev (Həsənoğlu.) Prezident Administrasiyasında vəzifəyə təyin edilib. Lent.az-ın məlumatına görə, o, İctimai-Siyasi şöbədə məsləhətçi vəzifəsini yerinə yetirəcək.
C.Quliyev 1995-ci ildən mətbuatdadır. Bir sıra mətbu orqanlarda, eləcə də 12 il “Paritet” qəzetində çalışıb. Onun mətbuatda son iş yeri publika.az saytı olub.