Bu gün "Tour d Azerbaijan 2014" velosiped yarışının sonuncu, 5-ci mərhələsinə start verilib. Lent.az-ın məlumatına görə, iştirakçılar saat 09.00-da Azadlıq Meydanından start götürməklə paytaxt və Abşeron yarımadasının küçələri ilə 6 dövrə vurmaqla ümumilikdə 202 km məsafədə yürüşə başlayıblar. Mərhələnin təxminən saat 13.35-də Hökumət Evinin qarşısında başa çatacağı gözlənilir.
Yarışla bağlı Bakının bir sıra mərkəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Cənub istiqamətindən, Bibiheybət-Bayıl tərəfdən mərkəzə gəlmək ümumiyyətlə mümkün deyil. Odur ki, sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.