Sürücülərə şad xəbər: Zabrat-Pirşağı yolunda iş yekunlaşdırılır
18 oktyabr 2013 15:27 (UTC +04:00)

Sürücülərə şad xəbər: Zabrat-Pirşağı yolunda iş yekunlaşdırılır

Bakının mərkəzini kənd və qəsəbələrlə birləşdirən daha bir yolun yenidən qurulması davam etdirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, Zabrat-Pirşağı avtomobil yolunun yenidən qurulması layihəsi üzrə iş sürətlə davam edir. Yenidənqurmadan əvvəl 2 hərəkət zolağı olan yol 4 zolaqlı olacaq.

 

Mövcud yolun uzunluğu 9 kilometr, eni isə 7 metr idi. Yenidənqurmadan sonra yolun eni 15 metrə çatır. Artıq yolun 3,5 kilometrlik hissəsində işlər yekunlaşdırılıb və üçqat asfalt-beton örtüyü vurulub. Digər sahələrdə də genişləndirmə və asfalt-beton örtüyünün vurulması davam etdirilir. Yenidənqurma layihəsinin bu ilin sonunadək başa çatmadı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 835
avatar

Nizam Rza

Oxşar yazılar