Sürücülərə şad xəbər: Xocəsən-Lökbatan yolu təmir edilir
03 dekabr 2013 11:56 (UTC +04:00)

Sürücülərə şad xəbər: Xocəsən-Lökbatan yolu təmir edilir

Xocasən-Lökbatan yolunun yenidən qurulması layihəsi davam etdirilir. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat ximətindən Lent.az-a verilən məlumata görə, başlanğıcını Bakı-Şamaxı yolunun Xocasən-Lökbatan yoluna birləşən hissəsindən götürməklə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-ci km-ə qədər uzanan yolun  uzunluğu 17,9 kilometrdir. 4 hərəkət zolağından ibarət olacaq yolda 1 ədəd yolötürücüsü, 4 ədəd bir səviyyəli dairəvi birləşmə, 1 ədəd bir səviyyəli geri dönmə, 1 ədəd piyada keçidi, müxtəlif diametrli dairəvi və düzbucaqlı boruların tikintisi nəzərdə tutulub. Artıq yolun 10,9 km-lik hissəsində işlər başa çatdırılıb.

 

Hazırda 7 km hissədə işlər davam etdirilir. Belə ki, Xocəsən istiqamətində 4 km məsafədə asfalt işləri başa çatdırılıb, 3 km hissədə isə torpaq yatağının tikintisi yekunlaşıb. Layihə üzrə tikinti işlərinin 2014-cü ildə başa çatdırılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 799
avatar

Nizam Rza

Oxşar yazılar