Sürücülərə şad xəbər: Sumqayıta gediş-gəliş asanlaşacaq
28 mart 2013 09:43 (UTC +04:00)

Sürücülərə şad xəbər: Sumqayıta gediş-gəliş asanlaşacaq

 

Bakı-Quba yolunun 9-cu kilometrliyində yeni yol ötürücüsünün tikintisinə başlanılıb. “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, nəqliyyatın intensiv hərəkət etdiyi yolda əlavə yol ötürücüsünün tikilməsi zərurəti yaranıb. Bu səbəbdən də Bakı ilə Sumqayıtı birləşdirən bu yolda, Ekoloji postla Avtovağzalın arasında dəmiryolu xəttinin üzərində daha bir yol ötürücüsü-körpünün tikintisinə başlanılıb. Körpü 2 hərəkət zolaqlı və 4 aşırımlı olacaq.

 

Qeyd edək ki, bu yolda müntəzəm olaraq sıxlıq müşahidə olunur. Sıxlıq bir çox hallarda tıxacla yekunlaşır. Hazırda yol ötürücü tikilən ərazidə isə yol darlaşaraq 4 zolaqlı olduğundan urada acınacaqlı vəziyyət müşahidə olunurdu. Yeni yol ötürücüsünün ərazidəki nəqliyyat yükünü nisbətən azaldacağı ehtimal edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3294
avatar

Nizam Rza

Oxşar yazılar