“Kəndlərin İnkişafı” Uşaq və Gənclər İctimai Birliyi “Hər şey vətən üçün!” Yeniyetmələr arasında vətənpərvərlik ruhunun yüksəldilməsi layihəsinin icrasına start verib.
İctimai Birlikdən Lent.az-a verilən xəbərə görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.
Layihənin məqsədi dövlətimizin qəhrəmanlıq tarixinin öyrənilməsi, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, hərbi xidmətə gedəcək gənclərimizin hərbi vətənpərvərlik ruhunun yüksədilməsi və onlara vətəndaşlıq vəzifələrinin və dövlətə sədaqət məsuliyyətinin aşılanmasıdır. Gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məsələsi hər zaman diqqət mərkəzində olub və olmalıdır. Vətənpərvərlik mövzusu mütəmadi olaraq gündəmə gəlməlidir.
Qeyd edək ki, layihə 3 ay müddətində Quba rayonunda icra olunacaq.