Tarix elmləri doktoru professor, şərqşünas alim Süleyman Əliyarlı ilə vida mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, mərhumun mənzilində baş tutan vida mərasimində ailə üzvləri, həmçinin Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, professorlar Cəmil Həsənli, Hamlet İsaxanlı, sabiq təhsil naziri Firudin Cəlilov və başqaları iştirak ediblər.
S. Əliyarlı Yasamal qəbiristanlığında dəfn olunub.
S. Əliyarlı 1930-cu ildə Beyləqan rayonunun Şahsevən kəndində dünyaya gəlib.
O, Azərbaycan EA Tarix İnstitutu və 1959-cu ildən Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında çalışıb. Şərqşünas alim 150-dən çox elmi məqalə, 7 monoqrafiya, 8 kitab müəllifidir, 18 elmlər namizədi və 3 nəfər elmlər doktoru yetişdirib.

Süleyman Əliyarlı ilə vida mərasimi keçirilib
Oxşar yazılar

Sabah göydən od yağacaq - hava PROQNOZU
5 avqust 2025 , 12:43
Avqustun 5-nin ən şanslı 3 BÜCÜ: Hər şey mütləq yaxşı olacaq
5 avqust 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
5 avqust 2025 , 08:32
Avqustda pulla çiməcəklər: Siyahıda 3 BÜRC var
5 avqust 2025 , 00:02
Bu xiyarlar bankada partlaya bilər - Hansı meyvələri heç vaxt konservləşdirilməməlidir
4 avqust 2025 , 19:59
Meteohəssas insanlara sabahın havsı ilə bağlı XƏBƏRDARLIQ
4 avqust 2025 , 18:44
Şöhrət, pul, sevgi: Avqustda şanslı olacaq 4 BÜRC
4 avqust 2025 , 18:28