Sükan arxasında oturmağın QAYDALARI - VİDEO
28 yanvar 2017 13:43 (UTC +04:00)

Sükan arxasında oturmağın QAYDALARI - VİDEO

 

Azərbaycanda təxminən 1,4 milyona yaxın maşın var. Bu isə o deməkdir ki hər 7 nəfərdən biri sürücüdür. Amma heç də hamı sükan arxasına  əyləşməyin qaydasını bilmir.

 

Sürücünün sükan arxasında əyləşməsi, bədənin, əllərin sükan üzərində vəziyyəti, eləcə də ayaqların idarəetmə pedallarının üstündə olmasının öz standartı və norması var. Mütəxəssis Ərşad Hüseynovun sözlərinə görə, sürücü öz təhlükəsizliyi üçün fiziki göstəricilərinə uyğun mövqe seçməlidir. Yəni avtomobili rahat idarə etmək üçün qolu, ayaqları bir-birinə dolaşmamalı və yorulmamalıdır: "Sürücünün ayağının diz oynağında iç tərəfinin bucağı orta hesabla 120 dərəcə olmalıdır. Yəni ayaq nə təmiz açılmalı, nə də stulda əyləşdiyimiz kimi 90 dərəcə olmalıdır. 120 dərəcə ən optimalıdır. Sürücü pedalların üstündə ayağını rahat dəyişə, tormoz pedalını maksimum gücü ilə sıxa bilir".

 

Sürücü elə əyləşməlidir ki, onun beli oturacağa tam söykənsin. Baş oturacağın başlığına ya söykənməli, ya da maksimum 2-3 sm aralı olmalıdır: "Sükanı adətən saatın istiqaməti ilə müqayisə edirlər. Mütəxəssislər hesab edirlər ki, ən yaxşı əl tutma sol əl üçün 9-la 10-nun arasıdır, sağ əl üçün isə 2 ilə 3-ün arasıdır. Əl elə seçilməlidir ki, 120 dərəcə bucaq qalsın. Əl 180 dərəcədə tam açılanda sükanı çevirə bilmir".

 

Sürücünün baş barmaqları ilə sükanı tam sıxmasına da ehtiyac yoxdur. Sürücü əllərini sükandan ayırmamalıdır.

 

Əziz sürücülər, necə sürməyinizdən asılı olmayaraq, əsas odur ki, xətasız, qəzasız mənzil başına çatasınız. Yolunuz açıq olsun!

 

 

# 246
avatar

APA TV

Oxşar yazılar