“Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 150-yə yaxın vakant yer mövcuddur”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kadrlar və hüquq şöbəsinin müdiri Qurbanəli Əsədov bildirib.
Onun sözlərinə görə, nazirliyin yerli orqanlarında yaranan bütün vakant yerlərlə bağlı siyahı hazırlanaraq, Dövlət Qulluğu Komissiyaya təqdim ediləcək. O qeyd edib ki, Bakı şəhəri üzrə təxminən 35 vakant vəzifə var, onlardan 16-na bu gün təyinat olub: “Digər 19 vəzifə isə hələ də boşdur. Nazirliyin aparat sistemində çox az sayda vakant yer var. Belə ki, Məşğulluq Xidmətində vakant vəzifələr var. Onlar da yüksək vəzifələrdir”.
Nazirlik rəsmisinin sözlərinə görə, bundan əlavə, bir neçə gün öncə bəzi sektor müdirləri nazirin əmri ilə vəzifələrindən azad olunublar. Bunu da nəticəsində həmin yerlər boş qalıb.

Sosial Müdafiə Nazirliyində 150 vakant yer var
Oxşar yazılar

Dörd BÜRCƏ yay bitməzdən əvvəl vacib xəbərdarlıq: siyahıda kimlər var
12 avqust 2025 , 00:02
Bu həftə onların ulduz saatıdır: problemləri unuda biləcək üç BÜRC
11 avqust 2025 , 18:43
Küləklə bağlı xəbərdarlıq
11 avqust 2025 , 17:34
Kimlər inzibati həbs edilə bilməz? - CAVAB
11 avqust 2025 , 17:29
Aramsız leysan yağacaq, çaylardan sel keçəcək
11 avqust 2025 , 17:25
12 marşrut avtobusunun dayanacaq yeri dəyişdirildi
11 avqust 2025 , 17:11
Bu hallarda uşaqlar valideynlərdən alınır - Dünyada və Azərbaycanda
11 avqust 2025 , 16:29