Sosial kartların hazırlanması ilə bağlı tender keçirilir
14 mart 2014 15:00 (UTC +04:00)

Sosial kartların hazırlanması ilə bağlı tender keçirilir

Azərbaycanda ünvanlı sosial yardımların plastik kartlarla verilməsi üçün bank kartlarının hazırlanması ilə bağlı açıq tender elan olunub.


 

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

 

Nazir qeyd edib ki, sosial kartlar yeniləri ilə əvəz olunacaq: «Bu prosesdə bütün banklar iştirak edəcək. Ən aşağı qiymət verən və müvafiq bankomat şəbəkəsinə malik olan banklar tenderdə iştirak edəcəklər. Vaxtı ilə biz əhalinin sosial müdafiəsi mərkəzlərinə xəbərdarlıq etdik ki, 3 ay ərzində özümüzdə olan əhalinin kartları sahiblərinə təhvil verilsin. Lakin gələn şikayətlər göstərir ki, hələ də bu proses – kartların sahiblərindən gizlədilməsi davam edir. Bunun aradan qaldırılması üçün yeni tenderin həyata keçirilməsi və köhnə kartların yenilənməsi zəruridir».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 628

Oxşar yazılar