Sonuncu İlisu Sultanının məzarı Türkiyədə tapıdı
13 dekabr 2013 10:31 (UTC +04:00)

Sonuncu İlisu Sultanının məzarı Türkiyədə tapıdı

XIX əsr Qafqazının məşhur hərbi-siyasi xadimi, müridizm hərəkatının liderlərindən olmuş sonuncu İlisu Sultanı, general-mayor Daniyal Sultanın məzarı Türkiyənin İstanbul şəhərində, qədim qəbiristanlıqlardan birində aşkarlanıb.


 

Bu barədə APA-ya epiqrafik abidələrin tədqiqatı ilə məşğul olan ekspedisiyanın rəhbəri, tarixçi-etnoqraf Cahangir Soltanov məlumat verib.

 

C. Soltanovun sözlərinə görə Daniyal Sultanın məzarı sözügedən ekspedisiyanın üzvü, Türkiyədə elmi ezamiyyətdə olan İslam hüququ üzrə doktor Əhməd Niyazov tərəfindən aşkar edilib. Bundan əvvəl də ekspedisiya üzvləri tərəfindən Daniyal Sultanın qızı, gözəlliyinə görə “Qafqazın qızılgülü” adlandırılan Kərimət xanımın məzarının dəqiq yeri müəyyənləşdirilib.

 

Qeyd edək ki, hər iki fakt barədə indiyə qədər elmi dövriyyədə dəqiq məlumat olmayıb.

 

C. Soltanov bildirib ki, Mahatma Qandinin “satyaqraxa” təlimindən çox qabaq Daniyal Sultan tarixi Zaqatala dairəsində zorakılığa qarşı dinc müqavimət yolları ilə mübarizənin əsasını qoyub (1869-cu il) və hazırda da aktuallığını itirməyən “Qafqaz evi” ideyasının daşıyıcısı olub.     

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1121
avatar

Oxşar yazılar