Son günlərin dəhşətli yol qəzaları KAMERALARDA
16 dekabr 2013 17:06 (UTC +04:00)

Son günlərin dəhşətli yol qəzaları KAMERALARDA

Lent.az son günlərin yol qəzaları ilə bağlı görüntüləri təqdim edir. Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu yol qəzalarının birincisi Bakıxanov küçəsində baş verib. Kadrlardan da göründüyü kimi, qəzanın səbəbkarı “Mersedes”dir. Bu çaşın svetoforun qırmızı işığında hərəkət edir və sol tərəfdən hərəkətdə olan digər minik maşınına çırpılır. Görünür, bu sürücünün svetoforun yaşıl işığının yanmasını gözləməyə səbri çatmır.

 

Növbəti yol qəzasının da səbəbkarı bəllidir. Ağ rəngli “VAZ-2107” markalı avtomaşın Ukrayna dairəsinə elə girir ki, sanki dairədəkilərin dayanıb onu gözləməyə borcu var. Əslində isə, “07” dairədəki avtomobillərə yol verməli idi. Amma sürücü kobud qayda pozuntusuna yol verir və qəza baş verir. Nəticədə, onun maşını əzilir, həm də satmağa apardığı meyvələr yola dağılır.

 

Üçüncü yol qəzasını törədən sürücünü anlamaq bir qədər çətindir. Yolda heç bir maneə olmaya-olmaya maşını yolun kənarındakı digər minik maşınına vurmaq həm sürücünün qeyri-peşəkarlığını, həm də onun gecə vaxtı yuxulu olduğunu göstərir.

 

Növbəti iki yol qəzası eyni yerdə və eyni səbəbdən baş verir. Nizamlanmayan yol ayrıcının keçilmə qaydalarına riayət etməyən sürücülər yəqin ki, bu qəzalardan sonra belə yollarda sağdan hərəkət edən nəqliyyat vasitəsinə yol verməyi öyrənəcəklər.

 

 Digər yol qəzası “Babək” prospektində qeydə alınıb. Yolun sol hərəkət zolağında hərəkətdə olan  “Mersedes” ikinci zolaqdan sola dönməyə çalışan “Lada-010” markalı avtomaşın tərəfindən vurulur. Nəticədə idarəetməni itirən “Mersedes” bir neçə dəfə aşmaq təhlükəsi ilə üzləşsə də, sürücü peşəkarlıq göstərərək onu saxlaya bilir.

 

Növbəti yol qəzasında qara rəngli “Mersedes”in qoşa xəttin tələbini pozub digər nəqliyyat vasitələrinin yoluna çaxması göz önündədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3247

Oxşar yazılar