Son 6 ayda 15 təhsil müəssisəsinin rəhbəri işdən azad edilib
17 dekabr 2013 11:51 (UTC +04:00)

Son 6 ayda 15 təhsil müəssisəsinin rəhbəri işdən azad edilib

Bu il Təhsil Nazirliyi tərəfindən təhsil sistemində dərin kök salmış neqativ hallarla mübarizə gücləndirilib.


 

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, nazirliyin mərkəzi aparatında aparılmış struktur dəyişiklikləri nəticəsində Daxili nəzarət şöbəsi yaradılıb və daxil olan siqnalların birbaşa həmin şöbədə araşdırılması təmin olunub. Edilən xəbərdarlıqlara baxmayaraq, son 6 ayda ciddi nöqsanlara yol vermiş 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib, 21 şəxs barəsində digər intizam tənbehi görülüb. İki hal üzrə toplanmış materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilib.

 

Nazirlikdən bildirilib ki, məktəblərdə baş verən mənfi hallara qarşı Təhsil Nazirliyinin mövqeyi barışmaz olacaq, təhsil sistemində mövcud olan neqativ hallarla mübarizədə sistemli yanaşma tətbiq ediləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 839

Oxşar yazılar