Siqaret çəkənlərə bəd xəbər: qiymətlər qalxdı
02 dekabr 2013 12:00 (UTC +04:00)

Siqaret çəkənlərə bəd xəbər: qiymətlər qalxdı

Bakıda siqaretin qiyməti qalxıb.

 

Lent.az-ın məlumatına görə, bu gündən etibarən bir sıra siqaret markalarının qiyməti 10-20 qəpik artırılıb.

 

Mağazalarda apardığımız müşahidələr nəticəsində bəlli olub ki, bir çox siqaret növlərinin qiymətində 10 qəpik, bəzi adda markaların qiymətində isə 20 qəpik artım həyata keçirilib. Mağaza sahibləri siqaret qiymətlərindəki bu artımın nə ilə bağlı olduğunu bilmədiklərini bildiriblər.

# 2087
avatar

Anar Gəraylı

Oxşar yazılar