Sınaq qiymətləndirmədə 30072 müəllim iştirak edəcək
21 may 2014 15:47 (UTC +04:00)

Sınaq qiymətləndirmədə 30072 müəllim iştirak edəcək

 

Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəblərinin müəllimləri üçün iyunda keçiriləcək Sınaq Qiymətləndirilməsi ilə bağlı növbəti məlumat yayıb. Nazirlikdən Lent.az-a daxil olan məlumatda qeyd olunur ki, Sınaq Qiymətləndirilməsində Təhsil Nazirliyinin tabeliyində olan məktəblərdə çalışan 1620 nəfər, Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində çalışan 592 nəfər, BŞTİ-nin tabeliyində olan tam orta məktəblərində çalışan 27007 nəfər, BŞTİ-nin tabeliyində olan xüsusi gündüz ümumtəhsil məktəblərində çalışan 815 nəfər, BŞTİ-nin tabeliyində olan axşam qiyabi məktəblərində çalışan 28 nəfər, BŞTİ-nin tabeliyində olan islah əmək düşərgəsində çalışan 10 nəfər müəllim iştirak edəcək.

 

Nazirlikdən o da bildirib ki, Qiymətləndirmənin keçirilməsində məqsəd “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası»na uyğun olaraq təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasını təmin edən yeni sistemin yaradılmasını təmin etməkdir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1027

Oxşar yazılar