Səyyar ASAN xidmət 6 rayonda
04 oktyabr 2016 11:37 (UTC +04:00)

Səyyar ASAN xidmət 6 rayonda

 

Səyyar ASAN xidmət 4 – 18 oktyabr Ucar, Şabran və Lerikdə, 4 oktyabr – 2 noyabr tarixlərində isə Goranboy, Ağdaş və İsmayıllıda vətəndaşlara səyyar formada xidmət göstərəcək. Lent.az-ın məlumatına görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

* Notariat fəaliyyəti;

* Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

* Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

* Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

* Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

* Əmək pensiyalarının təyin edilməsi;

* Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

* Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

* Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 167
avatar

Oxşar yazılar