Səyyar ASAN bu bölgələrdə olacaq - <span style="color:red;">SİYAHI
11 iyun 2018 13:23 (UTC +04:00)

Səyyar ASAN bu bölgələrdə olacaq - SİYAHI

Səyyar ASAN xidmət regionlarda fəaliyyətini davam etdirir.

 

Bu barədə Lent.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, səyyar ASAN xidmət 14 iyunadək Ağcabədi şəhərində, Aşağı Ağcakənd qəsəbəsində,22 iyunadək Salyan şəhərində, 27 iyunadək Xudat şəhərində, 28 iyunadək Qazax şəhərində, 13 iyunadək Mərdəkan qəsəbəsində, Göytəpə şəhərində, 3 iyuladək Qax şəhərində, 20 iyunadək Pirəkəşkül qəsəbəsində, 21 iyunadək Horadiz şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi

Sürücülük vəsiqələrinin dəyişdirilməsi

Əmək pensiyalarının təyin edilməsi

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 316
avatar

Oxşar yazılar