Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın şimal-qərb bölgəsinə səfəri zamanı xeyriyyə yardımı həyata keçirib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, QMİ sədri Zaqatalada baş verən son zəlzələdən sonra zərərçəkən ailələrə 10 min manat miqdarında yardım edib.
Bundan başqa, Allahşükür Paşazadə Bakı İslam Universitetinin Zaqatala bölməsinin tələbələrinə ərzaq tədarükü üçün 5 manat vəsait ödəyib.
Qeyd edək ki, bu gün Zaqatalaya gələn A. Paşazadə bölgədəki dini icmaların nümayəndələrinin iştirakı ilə zona müşavirəsi keçirib. Müşavirədə Zaqatala, Balakən, Qax və Şəkidən olan dindarlar iştirak edir. A. Paşazadənin ətraf rayonları səfəri də gözlənilir.