
Şəxsiyyət vəsiqələrinin verilməsində YENİLİK
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması ilə bağlı əlavə tədbirlər barədə əmr imzalayıb.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əmrə əsasən, ərazi polis orqanlarının və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən nazirliyin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi bu il noyabr ayının 1-dən yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək.
Məlumat üçün bildiririk ki, ölkə Prezidentinin müvafiq fərmanına uyğun olaraq 2013-cü ilin sentyabr ayından tətbiqinə başlanılmış elektron daşıyıcısı olan ümumvətəndaş pasportları da vətəndaşlarımıza elə həmin ildən etibarən yaşayış yerindən asılı olmayaraq hər bir “ASAN xidmət” mərkəzində və ərazi polis qurumunda verilir.
Ümumən Daxili İşlər Nazirliyinin fəaliyyətinin bütün istiqamətlərində vətəndaşlara yüksək standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri tədbirlər görülür.
Oxşar yazılar

Bu rayon işıqsız qalacaq
23 iyul 2025 , 09:13
Bu BÜRCLƏR aldandıqlarını anlamaq ərəfəsindədir: Onlar kimlərdir?
23 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
23 iyul 2025 , 08:17
Zəngin olmaq üçün doğulan BÜRCLƏR
23 iyul 2025 , 00:02
Ərdoğan Kamran Əliyevi qəbul etdi
22 iyul 2025 , 19:52
İşə getmək istəməyənlər üçün klinika açıldı
22 iyul 2025 , 19:20Sabah hava bir az sərin olacaq
22 iyul 2025 , 19:08