Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 8 Aprel
08 aprel 2015 20:05 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 8 Aprel

GÜNÜN ŞƏRHİ
 
ABŞ Yaxın Şərqlə bağlı siyasətini dəyişir... "Ağ Ev" illərlə bölgədə həyata keçirmək istədiyi planlarının qarşısındakı "maneəni" nəhayət aradan qaldırmağa qərar verib... Vaşinqton bunun üçün bölgədəki ən yaxın tərəfdaşı İsrailin tələblərini də geri çevirir... ABŞ regionda bu vaxta qədər planlaşdırdığı strategiyasının reallaşmasında təzyiq göstərən İranla yumşaq davranmağa və Tehranla masa arxasına keçib, onun şərtlərini də nəzərə alaraq danışıqlar aparmaq niyyətindədir... Təbii ki, qarşılıqlı razılaşma yolu ilə... ABŞ-ın məqsədi aydındır, İranı hazırda onunla müttəfiqlik edən qüvvələrdən qoparmaq və bölgədə Tehranın gücündən də istifadə edib, Yaxın Şərqdə yarım qalmış planlarını sona çatdırmaq... Yəqin ki, İran da bunu anlamamış deyil... Amma hələlik susur... Tehranın susqunluğu isə bütün bunların nə ilə nəticələnəcəyini indidən deməyə çətinlik törədir... Necə deyərlər, hadisələrin inkişafını gözləyək...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161
avatar

Oxşar yazılar