Sərhəddi pozan 4 əcnəbi tələbə saxlanılıb
01 iyun 2018 10:08 (UTC +04:00)

Sərhəddi pozan 4 əcnəbi tələbə saxlanılıb

Mayın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfər əcnəbi vətəndaş tərəfindən döv­lət sər­hə­di­nin pozulmasının qarşısı alınıb.

Bu barədə Lent.az-a DSX-nin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə DSX-nin sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zasta­vasının xid­məti sahəsində qabaqlayıcı əməliyyat məlumatı əsasında “pusqu” sərhəd naryadında olan sərhədçilər tərəfindən 4 nəfər şəxsin Azər­baycan Respublikası ərazisindən İran İslam Respublikası istiqa­mə­tində hərəkət etmələri aşkar olunub.  

Sərhəd naryadı sərhəd pozucularının dövlət sərhədini pozmaq cəhdinin qarşısını almış və həmin şəxsləri saxlayaraq sərhəd zasta­va­sına gətirib. Sərhəd pozucularının üzərindən 3610 ABŞ dolları, 250 Banqladeş takası, 1 ədəd “Samsung” markalı, 3 ədəd “Huatei” markalı mobil telefonlar və şəxsi əşyalar olan çantalar aşkar olun­mub.

Araşdırma zamanı həmin şəxslərin Banqladeş vətəndaşları - 1997-ci il təvəllüdlü Hossain MD Lokman, 1998-ci il təvəl­lüdlü Hos­sain MD Rintu, 1998-ci il təvəllüdlü İslam Saiful, 1987-ci il təvəllüdlü Talukdar MD Aminul İslam olmaları dəqiqləşdirilmiş, birinci ikisinin Avrasiya Universitetinin, digər ikisinin isə Azərbaycan Texniki Uni­versi­tetinin tələbələri olmaları müəyyən edilmişdir.

Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 314
avatar

Oxşar yazılar