Səlim Müslümov BMT-nin xüsusi məruzəçisi ilə görüşüb
21 may 2014 17:06 (UTC +04:00)

Səlim Müslümov BMT-nin xüsusi məruzəçisi ilə görüşüb

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə səfərdə olan BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani ilə görüşüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, S. Müslümov Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal edildiyini, 20 mindən artıq azərbaycanlının həlak olduğunu, 4866 nəfərin itkin düşdüyünü, 100 min nəfərin yaralandığını, 50 min nəfərin müxtəlif dərəcəli xəsarət alaraq əlilliyə məruz qaldığını, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayıb.

 

“Cari ilin 1 may tarixinə 50 minə yaxın ailə üzvünü əhatə edən 12 229 qaçqın və məcburi köçkün ailəsinə ünvanlı yardım ödənilir. Bununla yanaşı, qaçqın və məcburi köçkünlərdən 35 702 nəfərinə sosial müavinət, 3698 nəfərinə təqaüd, 1476 nəfərinə birdəfəlik müavinət ödənilir. Aparılan kompleks işlərin nəticəsi kimi, Azərbaycanda məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 15 faizədək azalıb”-deyə, nazir əlavə edib.

 

Ç.Beyani sürətli tərəqqi dinamikasına malik Azərbaycanın eyni zamanda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində uğurlu siyasət aparan və müsbət nəticələr əldə edən bir ölkə olduğunu, ölkəmizə səfəri zamanı bunun bir daha şahidi olduğunu bildirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 418

Oxşar yazılar