Nazirlikdən Şəkidəki hadisə ilə bağlı <span style="color:red;">SON XƏBƏR
16 iyul 2019 12:44 (UTC +04:00)

Nazirlikdən Şəkidəki hadisə ilə bağlı SON XƏBƏR

Şəkidə baş verən hadisə zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
 
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, Şəki MRX-da müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabildir. Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədovun vəziyyəti isə orta ağırlıqdadır.
 
Qeyd edək ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan biri dünən vəfat edib. Hadisədən zərər çəkmiş 13 nəfər isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1169
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar