Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. Bu barədə Lent.az-a Palatadan məlumat verilib. İclasda dövlət büdcəsindən Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə, Elmi Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutuna, 3 saylı şəhər Klinik Xəstəxanasına və Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair Audit proqramları müzakirə olunaraq təsdiq edilib.
Səhiyyə Nazirliyinin müəssisələri yoxlanılacaq
928