Səhiyyə Nazirliyinin “qaynar xətt”inə 771 müraciət daxil olub
11 oktyabr 2013 19:48 (UTC +04:00)

Səhiyyə Nazirliyinin “qaynar xətt”inə 771 müraciət daxil olub

 

Səhiyyə Nazirliyinin "Qaynar xətt" (9103) xidmətinə 2013-cü il avqust-sentyabr ayları ərzində 771 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daxil olmuş müraciətlərin 571-i 33-ü əsaslı, 348-i isə əsassız olub. 190 müraciəti cari problemlərlə bağlı şikayətlər təşkil edib. 12 müraciət aidiyyəti üzrə deyil, 188-i isə sorğu xarakterli olub.

 

"Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 909
avatar

Oxşar yazılar