Səhiyyə Nazirliyinin “Qaynar xətt” (9103) xidmətinə 2014-cü il yanvar-may ayları ərzində ümumilikdə 2310 müraciət daxil olub. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Daxil olmuş müraciətlərin 1637-si şikayət xarakterlidir ki, bunun da 63-ü əsaslı, 998-i əsassız, 576-sı carı problemlərlə bağlı şikayətlərdir. Aidiyyəti üzrə olmayan sualların sayı 33, sorğu xarakterli müraciətlərin sayı isə 640 olub.
“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.