Səhiyyə Nazirliyi: “Bəzi həkimlər təkmilləşdirmə kurslarından yayınır”
20 may 2014 11:16 (UTC +04:00)

Səhiyyə Nazirliyi: “Bəzi həkimlər təkmilləşdirmə kurslarından yayınır”

“Ölkəmizdə həkimlərin ixtisaslar üzrə hazırlığı rezidentura sistemi ilə aparılır”. Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Zəkiyyə Mustafayeva bildirib. O qeyd edib ki, son 3 tədris ilində 1300-dən artıq rezident aparıcı səhiyyə ocaqlarında təhsil alır: “Ötən il 6 minə yaxın orta tibbi işçisi, 4 mindən artıq həkim praktik fəaliyyətlə məşğul olmaq hüququ verən Sertifikasiya Şəhadətnaməsi alıb”.

 

Nazirlik rəsmisi onu da qeyd edib ki, həkimlərin mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə işə qəbul edilməsi nəticəsində 200-ə yaxın mütəxəssis regionlara göndərilib. Orta tibb işçilərinə tələbatı nəzərə alaraq, Cəlilabad, Saatlı və Quba rayonlarında tibb kollecləri yaradılıb.

 

Aparat rəhbəri mövcud çatışmazlıqları da qeyd edib: “Səhiyyə  müəssisələrində həkim və tibbi işçiləri müxtəlif səbəblərdən təkmilləşdirmə kurslarından yayınır. Sonradan onların sertifikasiyaya cəlb olunmaması halları müşahidə olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 591

Oxşar yazılar