Səhiyyə naziri Nizami Eyvazovla bağlı göstəriş verdi - YENİLƏNİB
19 may 2014 13:48 (UTC +04:00)

Səhiyyə naziri Nizami Eyvazovla bağlı göstəriş verdi - YENİLƏNİB

“Səhiyyə naziri Oqtay Şirəliyev “İnterAz” telekanalının əməkdaşı Nizami Eyvazovun əməliyyatı və müalicəsi üçün göstəriş verib”. Lent.az-ın məlumatına görə, bu barədə millət vəkili Qənirə Paşayeva öz “facebook” səhifəsində yazıb. Q. Paşayeva bildirib ki, jurnalistlər N. Eyvazovla bağlı ona müraciət edib: “Mən də bununla əlaqədar Səhiyyə Nazirliyi ilə danışdım. Bildirdilər ki, artıq nazir Nizami qardaşımızın bütün müalicəsinin və əməliyyatının Neftçilər Xəstəxanasında pulsuz şəkildə dövlət hesabına gerçəkləşməsi ilə bağlı göstəriş verib”.

 

Millət vəkili onu da vurğulayıb ki,  N. Eyvazovun tam sağalması üçün hər şey dövlət hesabına həyata keçiriləcək.

 

Qeyd edək ki, N. Eyvazovu müayinə edən həkimlər bildiriblər ki, jurnalist “Hepatit-B” ilə bağlı qaraciyər serrozunun dekompensasiya mərhələsindədir və əməliyyat olunarsa, tam sağala bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1870
avatar

Oxşar yazılar