Səbaildə ahıllar üçün tədbir keçirilib
01 oktyabr 2013 16:32 (UTC +04:00)

Səbaildə ahıllar üçün tədbir keçirilib

1 Oktyabr Beynəlxalq Ahıllar günü Səbail rayonunda ənənəvi olaraq geniş şəkildə qeyd olunur. Rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, bu dəfə də Veteran Təşkilatları və Ağsaqqallar Şuraları, Qızıl Aypara Cəmiyyəti rayon şöbəsi, rayon Sosial Müdafiə Mərkəzinin və bir sıra ictimai təşkilatların rayon şöbələrinin nümayəndələrinin iştirakı ilə Ahıllar gününün keçirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülüb. Əlamətdar günlə əlaqədar «Park Bulvar» Ticarət və İstirahət Mərkəzindəki «Zeytun» restoranında  rayonun   ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu  üçün rayon İcra Hakimiyyəti tərəfindən bayram süfrəsi açılıb. Tədbirdə iştirak edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov yaşlı nəslin nümayəndələrini salamlayıb, onlara uzun ömür və can sağlığı arzulayaraq dövlət tərəfindən hər bir ahıl vətəndaşın diqqət və qayğı ilə əhatə olunduğunu bildirib. Qeyd olunub ki, bu gün Səbail rayonunda   yaşayanların  6,5 %-ni (6073 nəfər) yaşı 65-dən yuxarı olan ahıllar təşkil edir. Müxtəlif növ və kateqoriyalar üzrə 2485 nəfər sosial müavinət,  422 ailə (1682 ailə üzvü)  ünvanlı sosial yardım alır. Hər bir ailə üzvünə 27,0 manat olmaqla, orta hesabla hər bir ailəyə 119,0 manat sosial yardım təyin olunub. Səbail rayon Əhalinin Sosial Müdafiə Mərkəzisinin Sosial xidmət şöbəsində 371 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 31 nəfər sosial işçi xidmət göstərir. Təqaüdçülərə təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilmir, onların müraciətləri nəzərə alınaraq rayonun bir neçə yaşayış sahəsində, o cümlədən Bibiheybət qəsəbəsi, 20-ci yaşayış sahələrində yeni bankomatlar quraşdırılmış, Bibiheybətdə yeni poçt məntəqəsi yaradılıb.

 

Daha sonra tədbir bədii hissə ilə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1138
avatar

Oxşar yazılar