20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə əlaqədar Səbail rayonunda tədbir keçirilib. Səbail rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, yanvarın 17-də rayondakı bütün təhsil müəssisələrində keçirilən birinci dərslər 20 Yanvar faciəsinə həsr edilib.
Bildirilib ki, keçən il «Şəhidlər Xiyabanı» Kompleksində «20 Yanvar» cəmiyyəti və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin qərargahları, həmçinin xiyabana xidmət göstərən təsərrüfat xidmətləri işçiləri üçün yeni yeni inzibati bina inşa olunub. Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon rəhbərliyi, rayonun ictimai təşkilatlarının, Sosial Müdafiə Fondu, «20 Yanvar» və Qızıl Aypara Cəmiyyəti, Veteran Təşkilatları Şurasının nümayənlərinin iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə «Şəhidlər Xiyabanı»ndakı məhz bu inzibati binada görüş keçirilib. Çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd edib ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunub. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanları olub.
Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara olan diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda RİH tərəfindən şəhid ailələri və əlillərə maddi yardım göstərilib və ərzaq bağlamaları təqdim olunub.
Tədbirdə qeyd olunub ki, yanvarın 20-də rayondakı Bibiheybət ziyarətgahında və İçəri şəhərdəki «Cümə məscidi»ndə şəhidlərin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcək.
Səbaildə 20 Yanvar qurbanları yad edilib
811