Səbail ictimaiyyəti hərbçiləri unutmadı
23 mart 2014 09:14 (UTC +04:00)

Səbail ictimaiyyəti hərbçiləri unutmadı

Novruz bayramı ilə bağlı Səbail rayonu Badamdar qəsəbəsində qəsəbə icra  nümayəndəliyi və qəsəbə bələdiyəsinin təşkilatçılğı ilə qəsəbədəki «N» saylı hərbi hissədə böyük şənlik keçirilib. Lent.az-ın məlumatına görə, Səbail rayon İcra Hakimiyyəti, qəsəbə ictimaiyyətinin nümayəndələrinin, bələdiyyə üzvlərinin, ağsaqqalların, qəsəbədəki 236, 239 və 329  saylı orta məktəblərin kollektivlərinin nümayəndələri ənənəvi olaraq qəsəbədəki hərbi hissələrin şəxsi heyətinin görüşünə gəlib. Qəsəbədəki hər iki hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi tədbiri «N» saylı hərbi hissənin komandiri, polkovnik Feyruz Əzizov açıb, Novruz bayramı münasibəti ilə şəxsi heyəti və qonaqları bayram münasibəti ilə təbrik edib.  Səbail rayon icra hakimiyyəti başçısının  Badamdar qəsəbəsi üzrə nümayəndəsi Zaur Əliyev də Novruz Bayramı münasibəti ilə əsgərləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb.

 

Səbail rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov isə məlumat verib ki, bir neçə gün əvvəl Səbail rayon rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələrindən və tanınmış incəsənət xadimlərinindən ibarət böyük nümayəndə heyəti cəbhə bölgəsində xidmət edən əsgərlərimizin qonağı olub, onların xidməti ilə maraqlanıb, bayram tədbiri keçirilib.

 

Qəsəbə ictimaiyyəti adından 239 saylı orta məktəbin direktoru, əməkdar müəllim Sədaqət Əzimova və 236 saylı orta məktəbin direktoru, əməkdar müəllim Xanlar İmaməliyev çıxış edərək hərbiçiləri təbrik ediblər. Sonra tanınmış incəsənət ustalarının iştirakı ilə böyük bayram konserti keçirilib, əsgərlərə bayram sovqatları təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 625

Oxşar yazılar