Sabahdan etibarən Azərbaycanda hava şəraiti kəskin soyuyacaq, şaxta olacaq, qar yağacaq. Lent.az-ın məlumatına görə, belə şaxtalı-qarlı hava şəraitində bəzi məsələlərdə diqqətli olmaq vacibdir.
- Qarlı-buzlu havalarda etibarlı avtomobil istifadə etmənin ilk şərti rezin şinin havasının endirilməsi ilə başlayır. Bu yolla nəqliyyat vasitəsinin vasitənin buz üzərində daha çox yol tutacağı olur. Bundan başqa, qar və buz üzərindəki etibarlı avtomobil idarəetmə üçün qış şinləri də vacibdir. İstifadə olunan avtomobilin 2 və ya 4 təkərdən çəkişli, hətta zəncirli belə olması, ABS, ESP, ASR kimi sistemlərlə təchiz edilmiş avtomobillərdə belə sürüşkən səthlərdə hər zaman köməkçi ola bilməz. Çünki qaz pedalına basma zamanı dayandırma şiddəti və sükanı çevirmə tərzi, qar ilə buz üzərində avtomobil istifadə edərkən ön plana çıxır.
- Avtomobili uyğun sürətdə sürmək, qaza pedalına lazımi qədər basmaq, əyləc sistemindən çox istifadə etməmək, təşvişə düşməmək və mümkün olduğu qədər qarşıda gedən avtomobildən uzaq durmaq!
- Belə soyuq hava şəraitində qida ilə qəbul etdiyimiz enerjinin bir hissəsi istiliyə çevrilir, buna görə də mütəxəssislər məsləhət görür ki, belə havalarda ac qalmaq kimi ağır şərtləri olan pəhriz saxlamaq qəti qadağandır. Çünki müxtəlif məhsulların termal effekti müxtəlif olur. Ən yüksək qızdırıcı xassələrə zülallı məhsullar malikdir: ət, balıq, süd. Həm də küçəyə çıxmazdan əvvəl toyuqlu buterbrod və ya yağsız ət yemək olduqca faydalı olar. Qarlı havada südlə qarışdırılmış çay da cana faydalıdır. Elə bu içkini də küçəyə çıxmazdan əvvəl və ya əksinə küçədən evə qayıdanda tez isinmək üçün içmək yaxşıdır. Bundan başqa, isti çay içdikdən sonra belə şaxtalı hava küçəyə çıxarkən, necə deyərlər, ağzı bağlı saxlamaq lazımdır. Belə havada ağızla nəfəs almaq, bərkdən danışmaq və qaçmaq məsləhət görülmür. Çünki həddən artıq soyumuş selikli qişanın qoruyucu xüsusiyyətləri azalır və belə olan halda çox asanlıqla soyuqdəymə olur. Həkimlər qeyd edir ki, əsəbi insanlar daha tez üşüyürlər. Ona görə də, şaxtalı havada endorfin tərkibli qidalar daha məsləhətlidir. Məsələn, gündə 3-4 parça, 7-10 qram 70% kakaodan ibarət olan şokolad yemək yaxşıdır. Şokolad sevinc hormonlarının tez bir zamanda stimullaşdırır. Ən əsası, belə havada daha az donmaq üçün yağların qəbuluna nəzarət edin. Gün ərzində 2 çay qaşığı bitki yağı qəbul etmək lazımdır. 30 yaşına qədər olanlar sutka ərzində bu miqdara 20 qr, 30-dan yuxarı olanlar isə 10 qr kərə yağı əlavə etməlidirlər.
- Gün ərzində quru yeməyə öyrəndiyini tərəvəzləri isə bişmiş və ya pörtülmüş halına salmaqla əvəzləyin. Belə etsəniz, ilk növbədə orqanizmin enerji sərfinə qənaət edərsiniz, ikincisi isə ona daxilən qızmağa imkan vermiş olarsınız.
- Bundan başqa Fövqəladə Hallar Nazirliyi öz saytında soyuq havalarla bağlı bəzi məsləhətlər yerləşdirib. Yazıda bildirilir ki, insan bədəninin soyumasına səbəb olan bir sıra risk faktorları vardır. Bunlara 0°C-dən aşağı temperatur, külək, yorğunluq, aclıq, yaş olmuş geyim, yaşlılıq və ya insanın hər hansı xəstəlik səbəbindən zəifləməsi halları aiddir. Nazirlik mütəxəssisləri bədənin soyumasını büruzə verən bir sıra əlamətləri də sadalayır: titrətmə, koordinasiyanın pozulması, danışıqda çətinlik, əhvalın kəskin dəyişmə halları, zəif nəbz və tənəffüs, hərəkətlərdə yubanma və huşun itməsi. Mütəxəssislər uşaqlara, yaşlı və xəstə adamlara soyuq havalarda bayıra çıxmağı məsləhət görmürlər.
Bəs soyuqdan necə qorunmalı?
- Soyuq havaya çıxarkən qorunmaq üçün ən əvvəl isti geyinmək lazımdır. Birinci məsələ üşümə dərəcəsidir. Yəni bu zaman uzun müddət soyuqda qalmaq olmaz.
- Soyuq havalarda xəstəliklərdən qorunmaq üçün isə vitaminlər qəbul edilməlidir ki, immun sistemi möhkəmlənsin-idmanla məşğul olmaq, hərəkətdə olmaq lazımdır. Hərəkətsizlik əzələləri zəiflədir və soyuqdəyməyə də həssaslığı artırır.
- Spirtli içki içməyin, siqaret çəkməyin. Fövqəladə Hallar Nazirliyinin saytında verilən məsləhətlər arasında isə o da əks olunub ki, soyuq havalarda spirtli içki qəbul etmək təhlükəlidir: «Alkoqol çox miqdarda istilik itkisinə, bununla bərabər aldadıcı istilik illüziyasına səbəb olur. Həmçinin donmanın əlamətlərinə diqqətin toplanmasına mane olur».
- Rahat və dar olmayan paltar geyinmək lazımdır ki, qan dövranının normal sirkulyasiyası baş versin. Üst geyimi su keçirməməlidir. Dar ayaqqabı, ayaqqabı içliyinin olmaması, nəm corablar donmaya səbəb olan hallardandır. Ayaqları tez-tez tərləyən adamlar ayaqqabısına xüsusi diqqət yetirməlidir. Çəkmələrin içərisinə isti içlik qoyulmalı, pambıq əvəzinə yun corablar geyinməlidir. Yun corab nəmi çəkir və ayaqları quru saxlayır. Şaxtalı havada üzərinizdə metal bəzək əşyaları gəzdirməyin. Belə ki, metal insan bədəninin temperaturunu daha tez aşağı salır. Bundan əlavə, barmaqda olan üzük qanın normal sirkulyasiyasına çətinlik yaradır.
- Qarlı, şaxtalı hava şəraiti əhalinin su təminatında da xeyli problemlər yaradır. Binalara, həyət evlərinə gedən su borularının, habelə bəzi ərazilərdəki su anbarlarının donması bəzi mənzillərin susuz qalmasına səbəb olur. Donmuş su borularını açmaq üçün ən rahat yol isti sudan istifadə etməkdir. Yaxşı olar ki, vətəndaşlar qaynar suyu borunun donmuş hissəsinin üzərinə tökməklə 3-5 metrlik hissəni açıb, suyla təminatı bərpa etsinlər. Daha bir tövsiyə də var: kranı açıq saxlamaq. Bu israfa yol açsa da, azacıq kranı açıq saxlamaqla çıxış yolu tapmaq olar. Ümumiyyətlə su xəttini çəkəndə, işləri görəndə şaxtadan qoruyucu vasitələrdən istifadə edilməlidir, borunu torpağın daha dərin hissəsinə basdırılmalıdır. Bayırdan keçən boruları xüsusi materialla və ya ən pis halda köhnə pal-paltarla bükməklə də vəziyyətdən çıxmaq olar.